Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin pley-offdakı rəqibləri arasında ilk matç başa çatıb.
Lixtenşteyndə “Vaduts” Türkiyə “Konyaspor”unu qəbul edib. Görüşün taleyini ikinci hissədə həll olunub. 72-ci dəqiqədə fərqlənən cırtdan ölkə təmsilçisi Franklin Saserenin qolu ilə hesabda önə keçib. Konyalılar 89-cu dəqiqədə Muhammed Demirin qolu ilə məğlubiyyətdən xilas olub – 1:1.
Komandalar arasında cavab oyunu avqustun 11-də Türkiyədə təşkil olunacaq. Cütün qalibi pley-offda “Neftçi” – “Rapid” duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, pley-offun matçları avqustun 18-də və 25-də keçiriləcək.
- “Sabah” Litva klubunu məğlub etdi
- Millimizin Belarusla oyunlarının yeri və hakimləri müəyyənləşib
- Rəhbərlik Ançelottinin "Barselona" ilə oyun taktikasından narazıdır
- Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
- “Sumqayıt”la yollarını ayırdı, sabiq komandasına qayıtdı