Neymar tarixə keçdi: Braziliyada dördüncü oldu
25.06.2026 - 18:50
Neymar tarixə keçdi: Braziliyada dördüncü oldu

Braziliya millisinin futbolçusu Neymar yığmanın tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 34 yaşlı vinger DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya ilə matçda meydana çıxıb.

Neymar 76-cı dəqiqədə Matheus Kunyanı əvəzləyərək oyuna daxil olub. Bununla da o, Braziliya millisinin heyətində dörd dünya çempionatında iştirak edən dördüncü futbolçu olub. Ondan əvvəl bu göstəriciyə Djalma Santos, Pele və Kafu nail olmuşdu.

Qeyd edək ki, Neymar daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında Braziliya millisinin formasını geyinib. Braziliya Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək C qrupunu lider tamamlayıb. Qolları Vinisius Junior və Matheus Kunya vurub.