"Nyukasl"ın 16 oyunluq seriyasını II divizion klubu qırdı
07.01.2023 - 23:57
!["Nyukasl"ın 16 oyunluq seriyasını II divizion klubu qırdı](https://ww3.apasport.az/storage/news/2023/january/08/big/63b9d4f45296063b9d4f452961167312306063b9d4f45295b63b9d4f45295e.jpg)
Premyer Liqanın formada olan komandalarından biri olan "Nyukasl Yunayted" İngiltərə Kubokunda şok məğlubiyyətlə üzləşib.
Apasport.az xəbər verir ki, "sağsağanlar" 1/32 finalda II divizion klubu "Şefild Venzdey"ə 1:2 hesabı ilə uduzaraq bu turnirlə erkən vidalaşıb.
Bununla da "Nyukasl" 16 oyundan (2 yoxlama matçı da daxil olmaqla) sonra məğlubiyyət alıb. Edi Haunun yetirmələri sonuncu dəfə avqustun 31-də Premyer Liqada "Liverpul"a 1:2 uduzmuşdu.
0
0