"Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq".
Apasport.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris”i (2:2) mübarizədən kənarlaşdıran “Araz-Naxçıvan”ın legioneri Patrik Andrade deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında görüşü dəyərləndirib: "Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".
Futbolçu qarşılaşmadakı qırmızı vərəqə epizoduna da münasibət bildirib: "İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı".
Andrade növbəti mərhələrdə üz-üzə gələcəkləri rəqib komanda ilə bağlı da fikirlərini açıqlayıb: "Rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.
- "İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
- "Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
- Əliyar Ağayev və Elçin Məsiyev KONFRANS LİQASI OYUNUNDA
- Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb