Premyer Liqa klubu ağır cəzalandı
18.03.2024 - 19:43
![Premyer Liqa klubu ağır cəzalandı](https://ww3.apasport.az/storage/news/2024/march/18/big/65f85d4a78a5365f85d4a78a54171077562665f85d4a78a5165f85d4a78a52.webp)
İngiltərə Premyer Liqasında çıxış edən "Nottingem Forest" klubu cəzalanıb.
Apasport.az xəbər verir ki, elita təmsilçisinin aktivindən 4 xal silinib. Buna səbəb "meşəbəylilər"in maliyyə feyr-pley qaydalarını pozması olub. Bu barədə qərarı İngiltərə Futbol Federasiyası verib.
Qeyd edək ki, "qırmızılar"ın bunadək 25 xalı var idi. Xallarının sayı 21-ə düşən klub hazırda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
0
0