Qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək
17.05.2024 - 11:15
2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnir Braziliyada təşkil olunacaq.
Qərar FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində qəbul olunub.
Belçika, Niderland və Almaniya da yarışa birlikdə ev sahibliyi etmək istəyirdi. Meksika və ABŞ isə aprelin sonunda birgə ərizələrini geri götürüblər.
Qeyd edək ki, 2023-cü ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında İspaniya millisi qızıl medal qazanıb.
- "Şamaxı" - "Turan Tovuz" oyunu canlı yayımlanmayacaq - "CBC Sport"dan açıqlama
- Azər Bağırov: "Qəbələ" ilə matçda futbolçular yaxşı mübarizə apardılar"
- Hindistanda keçirilən turnirdə 2 şahmatçımız liderlər arasındadır
- Olimpiya çempionu karyerasını bitirib
- Vasili Berezutski: “Bu oyunu aktivimizə yaza bilmərik”
0
0