"Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"
08.01.2023 - 22:31
!["Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"](https://ww3.apasport.az/storage/news/2023/january/08/big/63bb2027b2eb163bb2027b2eb2167320784763bb2027b2ead63bb2027b2eaf.jpg)
Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.
Apasport.az xəbər verir ki, "Fənərbağça" XVII turda "Qalatasaray"ı qəbul edib.
"Ülkər" stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Serjiu Oliveyra (32), Kərəm Aktürkoğlu (78) və Mauro İkardi (90+10) qol müəllifi olublar
Bununla da "Qalatasaray" xalını 39-a yüksəldib və ən yaxın izləyicisi olan "Fənərbağça"nı 4 xal qabaqlayıb.
0
0