“Qarabağ” ÇL-ə 2-ci təsnifat mərhələsindən qoşulacaq
02.06.2024 - 10:45
“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.
Apasport.az xəbər verir ki, bu, “Real”ın turnirin qalibi olmasından sonra dəqiqləşib.
Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı “Ferentsvaroş”un da işinə yarayıb. Hər 2 komanda səpələnməmişlər arasında yer alacaq.
Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.
- “Neftçi”nin müdafiəçisi Gürcüstan millisində
- “Kəpəz” Futbol Akademiyasına media tur təşkil olunub - FOTO
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
- Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək
- Elvin Cəfərquliyev: “Özümüzə inamlı şəkildə çıxış etməliyik”
0
0