“Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb
06.07.2024 - 12:47
![“Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/july/06/big/6688fc9c67d2b6688fc9c67d2c17202535966688fc9c67d296688fc9c67d2a.jpg)
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.
Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.
0
0