![“Qarabağ”ın mümkün rəqibləri: “Viktoriya”dan əzmkar qələbə](https://ww3.apasport.az/storage/news/2022/august/02/big/62e91a1c9980562e91a1c99806165944374062e91a1c9980362e91a1c99804.jpg)
Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar Kişinyovda baş tutan matçla başlayıb.
Azərbaycan çempionu “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri “Zimbru” stadionunda üz-üzə gəlib. Moldova və Çexiya çempionlarının duelində “Şerif” “Viktoriya”nı qəbul edib.
Üç qolun vurulduğu görüşdə hesabı meydan sahibləri açıb. Lakin iki dəfə fərqlənən Çexiya çempionu səfərdə əzmkar qələbə qazanıb - 2:1. Komandalar arasında cavab görüşü avqustun 9-da Çexiyada təşkil olunacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin “Qarabağ” – “Ferensvaroş” və “Şerif” – “Viktoriya” cütlərinin qalibləri pley-offda qarşılaşacaq. Bu mərhələnin görüşləri avqustun 16-17-də və 23-24-də keçiriləcək.