UEFA Çempionlar Liqasının I turunun "Benfika" - "Qarabağ" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bölüşüb:
"Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. İstərdik ki, oyuna daha yaxşı hazırlaşaq. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Futbolçularıma güvənirəm. Onlar sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. İllərdir biz turnirin həlledici mərhələlərində çıxış etmirdik. Buna görə də inanıram ki, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar".
- Sansone A seriyasında komandasını dəyişdi
- Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
- NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu
- Aslan Kərimov: “Biz Avstriyadan çox geri qalırıq” - Müsahibə
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov