Rusiyanın güləş yığmaları Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyası qərar verib.
Qurumun İcraiyyə Komitəsi məşqçilər və idmançılarla görüşdən sonra Fransa paytaxtına getməməyi məqsədəuyğun sayıb. Belə qərar verilməsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) addımları səbəb olub.
BOK öncə əksər güləşçiləri, hətta bəzi çəkilərin lideri olan rusiyalıları təsnifat turnirlərinə buraxmayıb. Buna baxmayaraq, neytral statusda çıxış edən güləşçilər 18 çəkidən 16-da lisenziya qazanıb. Lakin BOK həmin 16 lisenziya sahibindən yalnız 10-na Parisdə iştirak etmək icazəsi verib. Bu qərarla razılaşmayan rusiyalılar Paris-2024-ü boykot etməyi düzgün sayıb.
Qeyd edək ki, Olimpiadanın güləş yarışları avqustun 5-11-də keçiriləcək.
- “Çelsi” onları alır
- "Sabah" Kəpəz"i, "Araz-Naxçıvan" isə "Şamaxı"nı məğlub edib
- Azərbaycan Kubokunda 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib
- Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
- Erve Renar: "Fransız olsam da, Mərakeşə azarkeşlik edəcəyəm"