UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində “Sabah”ın Sloveniyanın “Seyle” klubu ilə keçirəcəyi matçın hakimləri məlum olub.
Apasport.az xəbər verir ki, Bakıdakı ilk oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniyar Saxi, köməkçiləri Samat Tergeussizov və Sergey Kalaçyov olacaq. Dördüncü hakim vəzifəsi Saken Baiymbetə həvalə edilib. VAR hakimi funksiyasını fransalı Bastyen Deşepi yerinə yetirəcək. Ona köməkliyi qazaxıstanlı Aidin Tassibayev edəcək.
Cavab qarşılaşması isə bolqarıstanlı hakimlərə tapşırılıb. Baş hakim Draqomir Draqanova Xristo Hacıyıski və Krasimir Atanasov kömək edəcək. Dördüncü hakim Martin Jivkov Velikov, VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.
Qeyd edək ki, ilk qarşılaşma iyulun 10-da, cavab görüşü isə 17-də keçirəcək.
- Reqekampfdan Arif Əsədova cavab: "Milliyə gedən futbolçular hazırdırlar"
- "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
- Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli oldu
- “Neftçi” klubuna yeni baş icraçı direktor təyin edilib
- ABL: "Neftçi" yenidən "Sabah"la qarşılaşacaq - YENİLƏNİR