“Sabah”ın rəqibi ciddi itki ilə üzləşib
06.08.2025 - 17:25
“Sabah”ın rəqibi ciddi itki ilə üzləşib

Bolqarıstanın “Levski” klubu sabah Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, Sofiya təmsilçisinin futbolçusu Kristian Dimitrov görüşü buraxa bilər.

Bu barədə yerli mətbuat məlumat yayıb.

II təsnifat mərhələsində “Braqa” ilə oyunda (0:1) zədə alan müdafiəçi bu gün məşqlərə başlayıb.

Onun matçı buraxacağı gözlənilir. Daha əvvəl yarımmüdafiəçi Georgi Kostadinovun oyunda iştirak etməyəcəyi bildirilib.

“Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 14-də Bakıda olacaq.