U-19 Moldova yığmasına qalib gəldi
16.09.2025 - 20:24
Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
- Adrian Skarlatake: "Artıq bir neçə klub Mutu ilə danışıqlara keçib" -Müsahibə
- Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
- “Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi
- İspaniya Kosta-Rikanı darmadağın etdi - YENİLƏNİB
- “İmarət” 17 yaşını “Qarabağ”la birgə QEYD ETDİ - VİDEO
0
0