![UEFA-dan "Fənərbaxça"ya cəza](https://ww3.apasport.az/storage/news/2024/august/23/big/66c8a2ae2ef6666c8a2ae2ef67172442487866c8a2ae2ef6466c8a2ae2ef65.jpg)
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Fənərbaxça" "Lill"i qəbul edib.
Apasport.az xəbər verir ki, UEFA sarı-göylü komandanı bu matçda sahəyə atılan maddələrə görə cəzalandırıb.
UEFA-dan verilən açıqlamada, "Fənərbaxça"ya "Lill" matçında sahəyə atılan yad əşyalar səbəbilə tribunanın qismən bağlanma cəzası verildiyi bildirilib.
"Fənərbaxça"nın Fransada 2:1 hesabı ilə uduzduğu cavab qarşılaşmasının əsas vaxtında "sarı-lacivərdlilər" 1:0 hesabı ilə qalib gələrək matçı əlavə vaxta aparıblar. İstanbul klubu əlavə vaxtda penaltidən qapısına vurulan qolla Çempionlar Liqasında mübarizəni dayandırıb.