"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Orhus"a məğlub olub - 1:2.
Apasport.az xəbər verir ki, matçdan sonra Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib:
"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ardıcıl hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək şansımız var".
Qeyd edək ki, cavab matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək.