Xulian Alvares: "Qvardiola mənə dedi ki, Argentina çox yaxşı komandadır"
09.12.2022 - 01:54
![Xulian Alvares: "Qvardiola mənə dedi ki, Argentina çox yaxşı komandadır"](https://ww3.apasport.az/storage/news/2022/december/09/big/63925eb5f2dff63925eb5f2e00167053688563925eb5f2dfd63925eb5f2dfe.jpg)
"Mançester Siti"yə ilk gəldiyim gün idi".
Apasport.az xəbər verir ki, bunu Argentina millisinin hücumçusu Xulian Alvares deyib.
Gənc futbolçu "Mançester Siti"dəki ilk günündən danışıb: “Xatırlayıram ki, mən gələndə portuqaliyalı futbolçular, Rodri və Xosep Qvardiola yanaşı oturmuşdu. Onlar deyirdilər, dünya çempionatına az vaxt qalıb, bu mövsüm qeyri-adi olacaq. Xosep onda mənə Argentinanın çox yaxşı komanda olduğunu bildirdi”.
0
0