21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı, seçmə mərhələ
Çexiya (U-21) - Azərbaycan (U-21)
Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)
- “Real”ın futbolçusu zədələnib
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- "İnter" Türamın qardaşını da alır
- Almaniya millisinin üzvü La Liqa nəhəngi ilə anlaşıb
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”