!["Yuventus" İtaliya Kubokunda "İnter"ə rəqib oldu](https://ww3.apasport.az/storage/news/2023/february/03/big/63dc35cd3453f63dc35cd34540167537607763dc35cd3453a63dc35cd3453d.jpg)
İtaliya Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, son 1/4 final matçında "Yuventus" Turində "Latsyo" ilə qarşılaşıb.
44-cü dəqiqədə braziliyalı müdafiəçi Bremerin vurduğu yeganə qol "Yuventus"un yarımfinala adlaması üçün kifayət edib. Beləliklə, A Seriyasında işləri qaydasında getməyən Turin klubu avrokuboklara çıxmaq üçün daha rahat yol olan İtaliya Kubokunun yarımfinalında "İnter"lə qarşılaşacaq. İlk matç 4/5 apreldə Milanda, cavab oyunu 25/26 apreldə Turin və ya Romada olacaq.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında "Kremoneze" və "Fyorentina" üz-üzə gələcək.