"Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu
22.12.2022 - 00:38

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo bu qış İtaliya klubunu tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Yuventus"un rəhbərliyi yarımmüdafiəçini təxminən 15 milyon avroya buraxmağa razılaşıb.
27 yaşlı Fransa millisi ilə son dünya ikincisi olmuş Adrien Rabyo 2019-cu ilin iyulundan "Yuventus"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 145 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
- Millimizin oyunçusu “Azərreyl”dən getdi - İndoneziya klubuna
- Naxçıvanda “Bir uşaq - bir top” festivalı keçirildi - FOTOLENT
- “Qarabağ”da Kadi Borqes kimi öhdəsindən gələ bilmədiyimiz futbolçu var idi”
- "Çelsi" və "Atletiko" Liqa 1 ulduzunu istəyir
- Parataekvondoçularımız beynəlxalq təlim-məşq toplanışında
0
0