"Zirə"nin avrokubok matçlarının saatı bəlli oldu
28.06.2025 - 13:31

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq.
Apasport.az xəbər verir ki, komandalar arasında keçiriləcək oyunların başlama saatı bəlli olub.
İlk matç iyulun 23-də saat 19:30-da 8-ci km stadionunda baş tutacaq.
Cavab görüşü isə iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
0
0