Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
22.10.2024 - 11:56
![Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/october/22/big/67175b01c4f0867175b01c4f09172958387367175b01c4f0667175b01c4f07.jpg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0