Akif Quluzadədən qələbə
03.05.2025 - 12:18
Akif Quluzadədən qələbə

Azərbaycan idmançısı Akif Quluzadə “ONE Championship”in aylıq döyüş seriyası olan "ONE Fight Night" turnirində rinqə çıxıb.

Apasport.az xəbər verir ki, o, bu gecə flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimakoya qalib gəlib.

Bununla da 19 yaşlı döyüşçümüz "ONE Fight Night”da 4-cü qələbəsini qazanıb və peşəkar rekordunu 19-2-yə çatdırıb.