Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.
- Krakov-2023: Era və Keyşadan qələbə, cütlüklər qrupda qaldı - FOTOLENT
- Voleybol komandamız "Moskva yay oyunları"nın qalibi olub
- Elmar Baxşıyev: “Komanda ilə danışsaq da...”
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı
- "Qarabağ" rəqib meydanlarında 60-cı böyükhesablı qələbəsini qazanıb