Sabah Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.
Apasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.
14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.
Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.
Turnirin açılış mərasimi sabah saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.
- Azərbaycan mövqeyini qorudu, Türkiyədən sıçrayış - UEFA reytinqi
- İran mundial tarixinə düşdü: Almaniyanın 28 illik rekordu qırıldı
- Badminton üzrə Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
- Kenni Sayef: "Neftçi"ni aid olduğu yerə geri qaytarmaq üçün əlimizdən gələni edirik"
- “Əl-Nəsr” yeni baş məşqçisini açıqladı - Postekoğlu ilə müqavilə imzalandı