Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.
Bu barədə apasport.az-a federasiyadan məlumat verilib.
Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb. 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.
- "Araz-Naxçıvan" klubunun akademiyasında inkişaf perspektivləri müzakirə edilib
- Atletika məşqçiləri üçün seminara start verilib
- "Milan" futbolçusu ilə müqavilə yeniləyəcək
- Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
- Klub direktoru xəstəxanaya yerləşdirildi, matç təxirə salındı