Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub.
O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
- "Yuventus" – "Mançester Siti" matçı bu kanalda
- Çalhanoğlu azarkeşlərlə görüşdüyünə görə cəzalandırılıb
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
- Almeyda: "Bakıya yaxşı nəticə ilə qayıdacağıq"
- AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb