Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.
Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.
“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.
Yarışda final görüşləri mayın 18-də olacaq.
Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.
- Gimnastika millimizin məşqçisi Misirdə kursda iştirak edib
- Deku: “Uilyams “Barselona”da oynamaq istədiyini nümayiş etdirir”
- Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edir
- Kubok oyununda məğlub olan Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO
- Mövsüm "Qarabağ"ın "Neftçi"ni darmadağın etməsi ilə başa çatdı