20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
14.12.2025 - 16:11
20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Apasport.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, son gündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 kollektiv kubok uğrunda mübarizə aparıb.

Görüşlər 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində baş tutub.

"Neftçi" İK yekunda baş mükafata sahib çıxıb. "Kanokan-TT" İK gümüş medallara yiyələnib. "Sərhədçi" İM və "Judo Club 2012" komandaları isə III yeri tutublar.