7 cüdoçumuz beynəlxalq yarışda mübarizə aparacaq
10.05.2024 - 09:17
![7 cüdoçumuz beynəlxalq yarışda mübarizə aparacaq](https://ww3.apasport.az/storage/news/2024/may/10/big/663daa18e71e7663daa18e71e81715317272663daa18e71e5663daa18e71e6.jpeg)
Mayın 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürür.
Bu barədə apasport.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov və Nazir Talıbov, -66 kq. çəkidə Ruslan Paşayev və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva, -57 kq. çəkidə Acelya Toprak və Fidan Əlizadə güclərini sınayacaq.
0
0