Avropa çempionatı: Daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq
25.04.2025 - 09:33
Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, kişilərdən Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), və Murad Fətiyev (90 kq) tatamiyə çıxacaqlar.
Qadınlardan isə Günel Həsənli ilə Südabə Ağayeva (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.
- Millimizin üzvləri Qəbələdə yeniyetmə futbolçularla görüşüblər
- Rahid Əmirquliyev: “Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı” - MÜSAHİBƏ
- “Errea”nın meneceri: “Əməkdaşlığımız daha da uzun olacaq”
- Elmar Baxşıyev: “Hakim sərt qərar verdi” - MÜSAHİBƏ
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
0
0