Avropa çempionatının ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq
06.09.2024 - 11:34
![Avropa çempionatının ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq](https://ww3.apasport.az/storage/news/2024/september/06/big/66dab07c929e766dab07c929e8172560806066dab07c929e466dab07c929e6.jpg)
Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan yığma komandasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.
İkinci yarış günündə oğlanlar arasında Vüsal Qələndərzadə, Aydın Rzayev (hər ikisi -73 kq.) və Süleyman Şükürov ( -81 kq.) güclərini sınayacaq.
Qızlar arasında isə Pərvanə Abdullayeva ( -70 kq.) tatamiyə çıxacaq.
0
0