Azərbaycan cüdoçuları Valensiya toplanışında
02.07.2024 - 19:03
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi İspaniyaya yollanıb.
Apasport.az xəbər verir ki, yığmamız Valensiya şəhərində təlim-məşq toplanışı keçəcək.
Səfərə yollanan heyətdə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq), həmçinin Könül Əliyeva, Aydan Vəliyeva, Fidan Əlizadə və Açelya Toprak yer alıblar. Təlim-məşq toplanışı millinin baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında gerçəkləşəcək.
Qeyd edək ki, cüdoçularımızın səfəri Olimpiadaya və sonrakı yarışlara hazırlıq xarakteri daşıyır.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- İsveç klubu millimizin üzvü ilə maraqlanır
- Arauxo: “Messini “Barselona”ya qaytarardım”
0
0