Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb
05.11.2025 - 11:18
Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb

Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında millimizin medal sayı 3-ə çatıb.

Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.

Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.

Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülmüşdü.