Bakıda “Kata for All” kata festivalı start götürüb - FOTO
17.08.2025 - 14:10
Bakıda “Kata for All” kata festivalı start götürüb - FOTO

Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Kata for All” kata festivalı start götürüb.

Apasport.az xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən kata festivalında BCF Akdemiyasının təhsil direktoru Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər “nage-no-kata” üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. 

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.