4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.
Apasport.az xəbər verir ki, Loqonun əsas ideyası Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasından ilhamlanır.
Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir.
Loqonun rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır.
Rəsmi loqo Bakı-2026 Dünya Cüdo Çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq.
Qeyd edək ki, yarışın biletləri artıq satışdadır və azarkeşlər dünya cüdosunun ən möhtəşəm yarışlarından birini Bakıda canlı izləmək imkanı əldə edəcəklər.
- “Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib
- Azərbaycan futbolunda yeni inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib
- Azərbaycanın tanınmış məşqçisi də Qarabağdakı etiraz aksiyasında
- “Qarabağ” Avropa Liqasının ən yaxşısıdır – İKİNCİ HİSSƏDƏ
- Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziya