Cüdo üzrə ölkə çempionatı keçirilib
23.12.2024 - 20:57
![Cüdo üzrə ölkə çempionatı keçirilib](https://ww3.apasport.az/storage/news/2024/december/23/big/676996810f430676996810f4311734973057676996810f42d676996810f42f.jpeg)
Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 - 2010-cu təvəllüdlü cüdoçular iştirak ediblər.
Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov birinci yerə çıxıblar. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
0
0