Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kata üzrə təlim-məşq toplanışı keçirilib.
Apasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycan kata milli yığma komandasının üzvləri və 18 yaşadək yeniyetmələr arasında ölkə birinciliyində ilk yerləri tutmuş cüdoçular iştirak ediblər.
Bu təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qatıldığı ilk belə tədbir olub. Təlim-məşq toplanışının məqsədi 9-10 noyabr tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək kata üzrə dünya çempionatına hazırlıqdır.
Təlim-məşq prosesi idmançılarımızın texniki bacarıqlarını artırmağa və beynəlxalq arenada uğur qazanmaq üçün vacib təcrübə toplamağa yönəlib.
- “Trabzonspor” “Qalatasaray”ı meydana çıxmağa PEŞMAN ETDİ
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Ümumdünya Şahmat Olimpiadasında III tur start götürür
- “Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib