Cüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər
02.07.2025 - 16:28
Cüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər

İyulun 3-4-də Qazaxıstanın Almatı şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda ölkəmiz Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında 4 çəkidə təmsil olunacaq.

Asiya Kubokunda Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə 10 ölkədən 459 cüdoçu qüvvəsini sınayacaq.