Cüdoçularımız Avropa Kata turnirində iştirak edəcəklər
10.05.2024 - 23:02
![Cüdoçularımız Avropa Kata turnirində iştirak edəcəklər](https://ww3.apasport.az/storage/news/2024/may/10/big/663e6f437e7c8663e6f437e7c91715367747663e6f437e7c6663e6f437e7c7.jpeg)
Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsini sınayacaq.
Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov - uke
0
0