![Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər](https://ww3.apasport.az/storage/news/2024/november/20/big/673e2a50b527a673e2a50b527b1732127312673e2a50b5278673e2a50b5279.jpg)
23-24 noyabrda Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, 30 ölkədən 476 idmançının qatılacağı turnirdə Azərbaycan oğlanlar arasında 8 çəki dərəcəsində 20 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.
Yarışa qatılacaq heyəti təqdim edirik:
-50 kq.
Anar Quliyev
-55 kq.
Rüstəm Qasımzadə
Emil Hüseynli
Məhəmmədəli Hüsiyev
Məhəmməd Rüstəmli
-60 kq.
Zeyd Ələsgərov
İlkin Qarayev
Abdullah Kərimov
-66 kq.
Ayxan Ələkbərov
Özqan Quliyev
Fəxri Sahibzadə
-73 kq.
Məhəmməd Ağakişiyev
Səid Şərifov
-81 kq.
Məhəmməd Abbasəli
Amin Mehdiyev
Abdullah Rəhmətov
-90 kq.
Səid Hüseynov
+90 kq.
Sübhan Axundov
Tunar Fərzəliyev
Cavidan Məsimov