Cüdoçularımız ilk gündə 3 medal qazandılar
26.05.2024 - 13:08
Yeniyetmə cüdoçular arasında Koimbra Avropa Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 3 medal qazanıb.
Millimiz aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb. Oğlanların mübarizəsində Nihad Rəhimov (60 kq) gümüş medal qazanıb, Özqan Quliyev isə 7-ci yerə çıxıb. 66 kq çəki dərəcəsində Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.
Qızlar arasında Aysun Məmmədova (52 kq) 5-ci yerə çıxıb.
Qeyd edək ki, kuboka bu gün yekun vurulacaq.
- “Bavariya” Almaniya millisinin üzvü ilə müqavilə yeniləməyə hazırlaşır
- Osimhen jurnalisti hədələyib: "Səni məhv edəcəm"
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- Qadın güləşçilərimizdən Avropa çempionatında 3 medal
- Rəşad Sadıqov: “Vacib qalibiyyət əldə etdik”
0
0