Cüdoçuların Avropa çempionatına hazırlığı başa çatıb
24.06.2024 - 23:10
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatına hazırlıq prosesi başa çatıb.
Apasport.az xəbər verir ki, məşqlərə 30-dan çox idmançı qatılıb.
Toplanış prosesi iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Toplanışa yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edib.
Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 10-22-də Bakıda təşkil olunub.
- Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Beşiktaş” darmadağın oldu - YENİLƏNİB
- Avarçəkənlərimizdən “MİNGƏÇEVİR REQATASI-2023”ÜN İLK GÜNÜNDƏ 4 MEDAL - FOTO
- Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
- "Beşiktaş" Rafa Silvanın müqavilə detallarını KAP-a bildirdi
- Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı
0
0