Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 161 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Konfrans Liqası: "Zirə"nin potensial rəqiblərinin adına aydınlıq gəldi - YENİLƏNİB
- "Borussiya" Sanço ilə bağlı qərar verdi
- Dünyanın ən bahalı futbolçuları açıqlandı – “10-luq”
- “Neftçi” Azərbaycan çempionatlarında 75-ci dəfə evdə məğlub olub
- Dünya çempionatının final mərhələsinin ev sahibi müəyyənləşib