Cüdoçumuz “Böyük Dəbilqə”də çempion oldu
07.02.2026 - 21:43
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
- Laurentsiu Regekampf: "Şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan"
- Azər Bağırov "Araz Naxçıvan" üçün "Qarabağ" sistemini seçdi - MÜSAHİBƏ
- Blaqoya Milevski: "Azərbaycanla matçda müsbət nəticə qazanacağımıza inanırıq
- Dünya Kubokunun seçmə mərhələsi Bakıda keçiriləcək
- Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
0
0