![Cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb](https://ww3.apasport.az/storage/news/2024/august/31/big/66d2ac03321ef66d2ac03321f0172508262766d2ac03321ed66d2ac03321ee.jpg)
Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.
Apasport.az xəbər verir ki, Cəsur İbadlı (-73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (-81 kq) isə bürünc medal qazanıb.
Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq çəkidə Cəsur İbadlı,-81 kq çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.
Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.