Cüdoçumuz İspaniya Kubokunda bürünc medal qazanıb
18.08.2025 - 13:07
İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin cüdoçusu Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb.
48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.
- Azərbaycanın ən güclü yeniyetmə taekvondoçuları müəyyənləşdi
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə
- Rəşad Sadıqov: “Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq“
- "Qalatasaray" bu gün ilk oyununa çıxacaq
0
0