Cüdoçumuzdan bürünc medal
21.06.2026 - 13:40
Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ilk yarış gününə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi günü bir medalla başa vurub.
Rəsul Əlizadə (-60 kq) bürünc mükafat qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
O, üçüncülük uğrunda görüşdə fransalı Lüsyen Tiksyeni məğlub edib.
Turnirə bu gün yekun vurulacaq. Son yarış günündə yığmamızın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.
- “Yunayted” İsveç millisinin forvardını istəyir
- AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
- "Panatinaikos" azarkeşlərinin "Kipr" təxribatı - FOTO
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi
0
0