III turun yarışları keçiriləcək
05.09.2025 - 19:38
Sentyabrın 9-da cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 43 klub və idman cəmiyyətindən olan 253 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, cari ildə kişilər arasında Liqa yarışının son turudur. Bu turnirlər nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Yarış Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
- UEFA açıqladı: "Qarabağ"ın futbolçusu birinci pillədə
- Naxçıvan təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi
- "Neftçi" "Xarı Bülbül"ə məğlub oldu
- "İpsviç Taun" "Arsenal"ın hücumçu ilə maraqlanır
- ÇL: “Qalatasaray”dan minimalhesablı qələbə, “Atletiko” və “Bavariya”dan darmadağın - YENİLƏNİB
0
0